Tramp: “Mühacirlər ABŞ-dan deportasiya ediləcək”

Tramp: “Mühacirlər ABŞ-dan deportasiya ediləcək”
22:18 13 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

“Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti seçilən Donald Tramp CBS telekanalına müsahibəsində bəyan edib.

“ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir”, deyə D.Tramp bildirib.

O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR