Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
00:05 14 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad polisi tərəfindən keçirilən əməliyyat zamanı  rayonun  Şəhriyar  kənd sakini, Seyfullayev Adəm Sadiq oğlu kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satarkən saxlanılıb.

Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən daha bir kibrit qutusu narkotik vasitə olan marixuana  aşkar edilib.
 
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR