Tatlısəsin qızından dava xəbərinə reaksiya - FOTO

Tatlısəsin qızından dava xəbərinə reaksiya - FOTO
00:27 14 Noyabr 2016
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Nişantaşında gecə klublarından birində başına gələnlərə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iki həftə bundan öncə baş verən hadisədən sonra susan gənc qız indi açıqlama verərək, heç kimi döymədiyini bildirib.

"Belə bir hadisə olmayıb. Olsaydı, gedib şikayət edərdim. Əlimizdə kamera görüntüləri olardı. Bir də ki, mən kimisə vuracaq qədər zalım deyiləm", - deyə Dilan bildirib.

Qeyd edək ki, gecə klublarından birində müğənni ilə tamaşaçı arasında dava düşdüyü barədə məlumat yayılıb. Məlumata əsasən, Çıtakla tanış olmaq istəyən içkili bir kişi ona yaxınlaşıb. Bir neçə dəfə xoşluqla onu geri döndərən Dilan, sonradan əsəbiləşərək əlindəki stəkanı həmin şəxsin üzünə çırpıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR