İmişlidə yük maşını yanıb, sürücüyə tibbi yardım göstərilib

İmişlidə yük maşını yanıb, sürücüyə tibbi yardım göstərilib
00:47 14 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli.14 noyabr.REPORT.AZ./ Axşam saatlarında İmişli rayonunda yük maşınının banı içərisindəki əşyalarla birlikdə yanıb.
“Report”un Aran bürosu xəbər verir ki, Oğuz rayon sakini Rəşad Nurməmməd oğlu İbrahimovun idarə etdiyi “Hundai” markalı yük avtomobilinin banı qəflətən yanmağa başlayıb.
Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşın tərəfindən söndürülüb. Buna baxmayaraq banın bir hissəsi və içərisində olan təsərrüfat malları yararsız vəziyyətə düşüb. Özünü pis hiss edən sürücüyə isə hadisə yerinə gəlmiş "təcili yardım" həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yuk-masini-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR