DÇ-2018: Avropa zonası üzrə təsnifat mərhələsinin IV turuna yekun vurulub

DÇ-2018: Avropa zonası üzrə təsnifat mərhələsinin IV turuna yekun vurulub
02:07 14 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turuna yekun vurulub.
"Report" xəbər verir ki, son oyun günündə 8 qarşılaşma keçirilib.
"A" qrupunda 4 xalla 3-cü pillədə qərarlaşan Hollandiya sonuncu yerdəki Lüksemburqun qonağı olub. Qonaqlar səfər qələbəsi sayəsində İsveçlə xallarını eyniləşdirə biliblər. Bolqarıstan Belarusu minimal hesabla məğlub edib. Qrupun digər oyununda isə Fransa İsveçi 2:1 hesabı ilə məğlub edib.
"B" qrupunun lideri İsveçrə Farer adalarını sınağa çəkib. Meydan sahibləri qələbə qazanaraq ilk pillədə yerlərini möhkəmləndiriblər. Sonuncu Avropa çempionu Portuqaliya evdə Latviyanı böyük hesabla məğlub edib. Matçda dubl edən Kriştianu Ronaldunun het-trik etməsinə qaçırdığı penalti imkan verməyib. Digər oyunda isə sonuncu pillədəki Andorra Macarıstana böyük hesabla uduzub.
"H" qrupunun liderləri bu tur evdə meydana çıxıblar. Belçika Estoniyanı darmadağın edib. Yunanıstan isə Bosniya və Herseqovinaya məğlubiyyətdən son saniyələrdə xilas ola bilib. Aktivində xal olmayan Kipr isə digər xalsız komanda Cəbəllütariqlə münasibətlərinə aydınlıq gətirib. Bu oyunla bağlı əsas məqam matçın azərbaycanlı FİFA referisi Əliyar Ağayev və onun başçılıq etdiyi hakimlər briqadası tərəfindən idarə olunmasındadır. Matçda onun köməkçiləri Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov olub. Ə.Ağayevin 4 sarı, 1 qırmızı vərəqə göstərdiyi matç kiprlilərin ilk qələbəsi ilə nəticələnib.
Dünya çempionatı, seçmə qrup mərhələsi, IV tur
13 noyabr
A qrupu
21:00. Lüksemburq - Hollandiya - 1:3
Qollar: Maksim Şanot, 44-pen - Aryen Robben, 36, Memfis Depay, 58, 84
21:00. Bolqarıstan - Belarus - 1:0
Qol: Spas Delev, 10
Qırmızı vərəqə: Aleksandr Qleb, 90+2 (Belarus, ikinci sarı)
Qrupda vəziyyət: Fransa - 10. Hollandiya - 7. İsveç - 7. Bolqarıstan - 6. Belarus - 2. Luksemburq - 1.
B qrupu
21:00. Macarıstan - Andorra - 4:0
Qollar: Zoltan Gera, 34, Adam Lanq, 43, Adam Qyurşo, 73, Adam Szalai, 88
21:00. İsveçrə - Farer adaları - 2:0
Qollar: Eren Derdiyok, 27, Stefan Lixtştayner, 83
23:45. Portuqaliya - Latviya - 4:1
Qollar: Kriştianu Ronaldu, 28-pen, 85 Uilyam Karvalyo, 70, Bruno Alveş, 90+2 - Artur Zyuzin, 67
59-cu dəqiqədə K.Ronaldu penaltidən dəqiq istifadə edə bilməyib.
Qrupda vəziyyət: İsveçrə - 12. Portuqaliya - 9. Macarıstan - 7. Farer adaları - 4. Latviya - 3. Andorra - 0.
H qrupu
21:00. Kipr - Cəbəllütariq - 3:1
Qollar: Konstantinos Layfis, 29, Pyeros Soteriou, 65, Valentinos Syelis, 87 - Li Kaskiaro, 51
Qırmızı vərəqə: Ceys Mascarenhas-İlivero, 80 (Cəbəllütariq, ikinci sarı)
23:45. Yunanıstan - Bosniya və Herseqovina - 1:1
Qollar: Georgios Tzavellas, 90+5 - Orestis Karnezis, 32-öz qapısına
Qırmızı vərəqələr: Kiryakos Papadopulos, 80 (Yunanıstan, birbaşa), Edin Dzeko, 80 (Bosniya və Herseqovina, birbaşa)
23:45. Belçika - Estoniya - 8:1
Qollar: Tomas Menyer, 8, Dries Mertens, 16, 64, 68, Eden Azar, 25, Yannik Karrasko, 62, Romelu Lukaku, 83, 88 - Henri Anyer, 31
Qrupda vəziyyət: Belçika - 12. Yunanıstan - 10. Bosniya və Herseqovina - 7. Kipr - 3. Estoniya - 3. Cəbəllütariq - 0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2018-avropa-zonasi-uzre-tesnifat-merhelesinin-iv-turuna-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR