20:0 hesablı qələbəyə görə cəzalandılar - Rəqibə hörmət etməyiblər

20:0 hesablı qələbəyə görə cəzalandılar - Rəqibə hörmət etməyiblər
03:13 14 Noyabr 2016
146 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə həvəskarlar liqasında “Kabataşspor”u 20:0 hesabıyla məğlub edən “Ulubəy Bələdiyyəspor” futbolçuları şok cəzayla üzləşiblər. Futbolçular bu qələbəyə görə nəinki mükafat alacaq, əksinə, cəzalanacaqlar.

Publika.az xəbər verir ki, bu barədə “Ulubəy Bələdiyyəspor”un prezidenti İsa Türkcan yerli mətbuata açıqlamasında bildirib. O, ilk 3 oyunda qələbəyə görə futbolçulara vəd etdiyi mükafatı verməyəcəyini deyib. Səbəb kimi isə futboçuların həddən artıq qol vuraraq, rəqibə hörmətsizlik etmələrini göstərib:

“Komanda rəqibinə hörmət etmədi. Buna görə futbolçuları cəzalandıracam. Mövsümün əvvəlində söz verdiyim mükafatı ödəməyəcəm. Bəlkə bundan sonra komanda rəqibinə bu qədər qol vurmamağı öyrənər”.

“Ulubəy Bələdiyyəspor” bu qələbəylə top fərqinə görə turnir cədvəlində zirvəyə yüksəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR