Moldovanın yeni prezidenti Dodon oldu

Moldovanın yeni prezidenti Dodon oldu
04:33 14 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.

Publika.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, bülletenlərin 98%-nin hesablanmasından sonra, səslərin 54,4%-ni toplayıb.

Dodonun rəqibi – Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.

Qalan bülletenlərin (2%) hesablanması vəziyyəti dəyişə bilməz. Çünki hazırda namizədlər arasında fərq 140 mindən çoxdur, hesablanmamış bülletenlərin sayı isə 100-dən azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR