14 NOYABR

14 NOYABR
09:18 14 Noyabr 2016
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-ü ümumdünya diabetə qarşı mübarizə günüdür. Bu tarix 1991-ci ildən başlayaraq hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur. Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır.
1922-ci il. BBC Böyük Britaniyada radio yayımına başlayıb.
1968-ci il. Avropada ilk dəfə olaraq ağciyər köçürülməsi əməliyyatı aparılıb.
1994-cü il. Fransa ilə İngiltərə arasında La-Manş boğazının altından çəkilmiş, uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmir yolu tuneli istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR