Zaqatalada Rusiya nömrəli avtomobil aşıdı: yaralananlar var

Zaqatalada Rusiya nömrəli avtomobil aşıdı: yaralananlar var
09:37 14 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 13-ü saat 23:30 radələrində rayonun Höytala kənd sakini, Ramazan Abdulla oğlu Kahayev idarə etdiyi "VAZ 2109" markalı, Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobil Danaçı kəndində yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Höytala kənd sakini, 1982-ci il təvəllüdlü Rafael Məmməd oğlu Kahayev və Danaçı kənd sakini, 1982-ci il təvəllüdlü Şahin İslam oğlu Ciracov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar.
 
MRX-dan APA-ya verilən məlumata görə, Ş.Siracovun vəziyyəti qismən ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. R.Kahayevin xəsarətləri yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR