Azərbaycana pul köçürmələri son iki ildə 49% azalıb

Azərbaycana pul köçürmələri son iki ildə 49% azalıb
09:47 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.
İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk 9 ayında 897 mln. dollar, 2014-cü ilin ilk 9 ayında isə 1,159 mlrd. dollar təşkil edib.
Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycana-pul-kocurmeleri-son-iki-ilde-49-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR