Sərhəddə külli miqdarda narkotik vasitə ələ keçirilib

Sərhəddə külli miqdarda narkotik vasitə ələ keçirilib
10:04 14 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, noyabrın 7-də Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.

 

Elə həmin gün Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

 

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

                             

                                         

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR