Yol qəzalarında 257 piyada ölüb - Bu il

Yol qəzalarında 257 piyada ölüb - Bu il
10:09 14 Noyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

 

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR