Millimizin üzvü Yaponiyada ən dəyərli voleybolçu seçildi

Millimizin üzvü Yaponiyada ən dəyərli voleybolçu seçildi
10:22 14 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Yaponiya çempionatında V turun matçları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Toyota" "Toray"ın qonağı olub.

İlk 4 turda 3 xal toplayan "avtomobilçilər" bu dəfə çətinliklə də olsa qalib gəlib - 3:2 (13:25, 26:24, 24:26, 22:25, 11:15).
 
Görüşdə komandasına 43 xal qazandıran Polina matçın ən dəyərli oyunçusu seçilib. O, bu xallardan 36-sını hücumda, 3-nü blokda, 4-nü isə eyslə əldə edib.   
 
Bu qələbədən sonra aktivindəki xalların sayını 5-ə çatdıran "Toyota" son pillədən yaxa qurtarıb. 2 rəqibini qabaqlayan komanda 6-cı yerə yüksəlib.
 
Qeyd edək ki, "Toyota" növbəti turda "Okayama"nı qəbul edəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR