x
Loading...

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
10:33 14 Noyabr 2016
202 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.

Bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır.

Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR