Türkiyədən ən çox kimlər pul köçürür?

Türkiyədən ən çox kimlər pul köçürür?
10:34 14 Noyabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədən xaricə pul transfertlərinin həcminə görə Özbəkistan ilk pillədə qərarlaşıb. "APA-Economics" xəbər verir ki, Mərkəzi Asiya ölkəsinin Türkiyədən xaricə köçürülən pullardakı payı 36,9%-dir. Statistikaya əsasən, Türkiyədən Özbəkistana hər bir əməliyyat üzrə pulköçürmələrin orta məbləği 497 ABŞ dolları təşkil edib.

 

Məlumata görə, qardaş ölkədən xaricə pul transfertlərinin 20,2%-i Gürcüstan, 15,3%-i Qırğızıstan, 10,6%-i Rusiya, 7,2%-i Azərbaycana yönəlib. Türkiyədən Gürcüstana hər bir əməliyyat üzrə pulköçürmələrin orta məbləği 303 dollar, Qırğızıstana 317 dollar, Rusiyaya 598 dollar, Ukraynaya 346 dollar təşkil edib.

 

Xarici ölkələrdən Türkiyəyə pul axınlarına gəlincə, bu siyahıda birinci yerdə Rusiya qərarlaşıb. Belə ki, xaricdən Türkiyəyə göndərilən pulların 57,7%-i məhz Rusiyanın payına düşüb. Xaricdən Türkiyəyə daxil olan pulköçürmələrinin 12,4%-i Qazaxıstan, 9,6%-i Özbəkistan, 7,7%-i Tacikistan, 6,8%-i Qırğızıstan, 3,4%-i isə Azərbaycana məxsus olub.

 

Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 2014-cü ildə Türkiyədən xarici ölkələrə 815 mln. dollar, 2015-ci ildə isə 850 mln. dollar məbləğində pul köçürülüb. 2015-ci ildə əks istiqamətdə 1,4 mlrd. dollar olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR