"Turanbank"da yeni təyinat olub

"Turanbank"da yeni təyinat olub
10:52 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.
Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.
Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turanbank-da-yeni-teyinat-olub-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR