Tramp divarı olacaq, ya yox? - FOTO

Tramp divarı olacaq, ya yox? - FOTO
11:22 14 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

"Cinayətkar olan, əvvəllər cinayətlər törətmiş şəxsləri, banda üzvləri, narkotacirləri deportasiya etmək istəyirik. Bu insanlar çoxdur - iki, bəlkə də üç milyon. Onları ya ölkədən deportasiya edəcək, ya da həbsxanaya salacağıq".

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp CBS News telekanalındakı "60 minutes" proqramına müsahibəsində belə deyib.

Birləşmiş Ştatlarda analitiklər və ekspertlər isə Meksika ilə sərhəd boyu divarın inşasına hələ də inanmır, bunu Trampın seçkiqabağı kampaniyasındakı vədlərdən biri hesab edirlər.

Trampsa deyir ki, Meksika ilə sərhəddə nəinki divar, hətta xüsusi qoyurucu hasarlar da inşa olunmalıdır.

10 milyard dollarlıq varidata malik Tramp ABŞ-ın 45-ci prezidentii təki siyasi karyerasına sözləri ilə işləri arasında kəskin fərqlər olmayan adam kimi başlamaq istəyir.

ABŞ-Meksika sərhədində divarın inşası meksikalılar üçün ciddi problemlər vəd edir və Mexiko bu dəfə, sadəcə, milli valyuta pesonun dollara münasibətdə kurs itkisi ilə qurtula bilməyəcək.

Meksikalı mütəxəssislər belə hasarın layihəsini də hazırlayıblar. Qvadalaharadakı "Estudio 314" bürosunun memarlarının fikrincə, belə hasarın inşası ABŞ-a 25 milyard dollara başa gələcək.

Layihə uzunluğu 3144 km olan, əlvan boyanmış, hətta həbsxana kameralarını da ehtiva edən divardan ibarətdir.

Tanınmış memar Norberto Miranda isə hesab edir ki, belə divarı inşa etməyin heç bir mənası, praktiki faydası yoxdur.

"Trampın prezident seçilməsindən sonra pesonun dəyərdə 10 faiz itirməsini nəzərə alsaq, sərhəddə divarın və ya hasarın inşası Meksikada ABŞ-a olan münasibəti çox pisləşdirəcək. Ən böyük problem isə sərhəddəki dağlıq ərazilərdir. Həmin məkanlarda divar, yaxud hasar tikmək mümkün deyil.

Meksikada onu da deyirlər ki, belə layihənin reallaşdırılması nəhəng həcmdə maliyyə və fiziki səylər tələb edir.

Meksika prezidenti Penya Nyeto "ölkəmiz heç vaxt bu avantüraya qoşulmayacaq" söyləyib.

CNBC jurnalisti Keyt Dryunun hesablamalarına görə, hasarın inşası 25 milyard dollara başa gələcək. Hasara texniki qulluq və sərhəd patrulu qismində əlavə olaraq 21 min agentin işə cəlb olunması isə minimum 2,1 milyard dollar tələb edir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR