Bakıda qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb olub

Bakıda qadın sürücünün səhvi 3 avtomobilin toqquşmasına səbəb olub
11:22 14 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda 31 yaşlı qadın sürücünün yol hərəkəti qaydasını pozması üç avtomobilin toqquşması ilə nəticələnib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə baş verib.
Belə ki, Əliyeva Günay Füzuli qızı idarə etdiyi "Hyunday" markalı avtomobillə yol nişanının "Yol verin" tələbini pozaraq dairədə hərəkəti davam etdirmək istəyib. Bu zaman dairədə hərəkətdə olan "Mercedes" markalı digər maşın "Hyundai" markalı minik avtomobilinə, o da "Nissan" markalı digər avtomaşına çırpılıb.
Nəticədə G.Əliyeva xəsarət alıb. O, "Təcili yardım maşını" ilə xəstəxanaya aparılıb.
"Mercedes" markalı avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Hadisənin törədilməsinə səbəb kimi qadın sürücünün yol hərəkəti qaydasını pozması göstərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR