Müsavat Partiyası üç təşkilatla funksional əməkdaşlıq üçün danışıqlar aparır

Müsavat Partiyası üç təşkilatla funksional əməkdaşlıq üçün danışıqlar aparır
11:27 14 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Müsavat Partiyası, Real Hərəkatı, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı funksional əməkdaşlığın edilməsi ilə bağlı danışıqlar aparırlar.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, partiya üç təşkilatla bu istiqamətdə danışıqları davam etdirir.
G.Aslanlının sözlərinə görə, danışıqların indiki vəziyyəti ümidvericidir və funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər.
Müsavat funksioneri vurğulayıb ki, bəzi siyasətçilər yanlış olaraq funksional əməkdaşlığı birlik kimi qələmə verirlər: "Əslində belə deyil. Funksional əməkdaşlıq edən partiyalar birgə mitinq keçirə bilərlər. Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər. Bəzi siyasətçilər funksional əməkdaşlıq məsələsi müzakirə olunan zaman narazılıq edirlər. Bu da gərəksiz gedişlərdir".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/musavat-partiyasi-uc-teskilatla-funksional-emekdasliq-ucun-danisiqlar-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR