Tramp Meksikanı hədələdi: "Əgər razı olmasalar..."

Tramp Meksikanı hədələdi: "Əgər razı olmasalar..."
11:42 14 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp seçki marafonu boyunca dəfələrlə bəyan etmişdi ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə Meksikayla sərhəddə divar hörəcək. 

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, CBS telekanalına müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti bu fikrindən dönmədiyini bəyan edib:

"Mən demirəm ki, bütün sərhəd boyu, amma Meksikanın bəzi sərhədyanı əraziləri var ki, orada mütləq hündür divar hörmək lazımdır".

Trampın sözlərinə görə, bu divar Meksikanın hesabına çəkiləcək və bununla da bu ölkədən qanunsuz miqrant axınının qarşısı alınacaq:

"Biz bu divarın hörülməsi üçün Meksikada təxmini 5-10 milyard dollar pul tələb edəcəyik. Mənim kimi bir biznesmen üçün bu, çox əlverişli bir razılaşma olacaq.
Əgər Meksika buna razı olmasa, mən bu ölkədən ABŞ-a bütün pul köçürmələrini qadağan etməyi təklif edəcəm".

Meksikanın daxili işlər naziri Umberto Roke Vilyanueva bəyan edib ki, əllərində olan bütün imkanlarla ABŞ-ı bu addımdan çəkindirməyə çalışacaqlar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR