Türkiyə ordusu Suriyanın Əl-Bab şəhəri ərazisində 15 hədəfə zərbə vurub

Türkiyə ordusu Suriyanın Əl-Bab şəhəri ərazisində 15 hədəfə zərbə vurub
11:52 14 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyə ordusu "Fırat Kalkanı" əməliyyatı çərçivəsində Suriyanın şimalında Əl-Bab şəhəri ərazisində 15 hədəfə zərbə vurub.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl müxalif "Azad Suriya Ordusu" (ASO) "Fırat Kalkanı" əməliyyatı çərçivəsində Əl-Bab şəhərinə hücuma keçib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin (SQ) noyabrın 13-də endirdiyi aviazərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 10 müdafiə istehkamı, komanda mərkəzi və silah-sursat anbarı dağıdılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-ordusu-suriyanin-el-bab-seheri-erazisinde-15-hedefe-zerbe-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR