Şimali İrlandiyanı xoşbəxt edə biləcək qollar

Şimali İrlandiyanı xoşbəxt edə biləcək qollar
12:17 14 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın 2016-cı ilə aid hissəsi başa çatdıqdan sonra təkcə qruplarda liderlik deyil, həm də ikinci yer sahiblərinin qiyabi mübarizəsi diqqət çəkir.

Çünki 9 qrup qalibi ilə yanaşı, 4 komanda da 2-ci yerlə DÇ-2018-ə yollanacaq. Bu 4 komanda 2-ci yeri tutan 8 komandanın pley-off mübarizəsində müəyyənləşəcək. Lakin 2-ci yeri tutmaqdan başqa, bu "8-liy"ə düşmək də lazımdı.
 
9 qrupdakı "ikincilər"dən ən yaxşı nəticəyə malik 8-i pley-offa oynayacaqsa, ən pisi kənarda qalacaq. Düzdü, hələ yekun siyahının tərtib edilməsinə 6 tur var. Lakin indidən komandalar üçün hər qol, hər xal yetərlidi.
 
İkinci yer sahibləri müqayisə olunarkən qrupda topladığı xalların hamısı nəzərə alınmır. Sonuncu yer sahibi - autsayderlə görüşlər hesaba alınmır.
 
Bu məntiqlə indiki durumda Montenqro ikincilər arasında ən zəif nəticəyə malikdi. Tsikl indi bitsəydi, balkanlılar pley-pffa görməyəcəkdi. Maraqlıdı ki, Monteneqroya ən yaxın komanda Şimali İrlandiyadı.
 
Azərbaycan millisinin qrupdakı rəqibi balkanlıları yalnız top fərqində qabaqlayır. Bu iki komanda, həmçinin Hollandiya ilk "beşlik"dən 4 xal alıb. "Narıncılar" digərlərini top fərqində qabaqlayaraq 7-cidi.
 
Britaniyalılar 4:2-yə bərabər top fərqinə görə Monteneqrodan öndədi. Bu 4 qol isə onların yığmamızın qapısına vurduğu toplardı. Millimiz daha az qol buraxsaydı, Monteneqro ilə Şimali İrlandiyanın mövqeləri dəyişik olacaqdı.
 
İndiki durumda bu amil həlledici olmasa da, cədvəl göstərir ki, yekunda da həmin qolların vacib rol oynayacağı istisna deyil. Yəni bu qollar gələn ilin payızında da Şimali İrlandiyanı "xoşbəxt" edə bilər.

1

Yunanıstan

3

2

1

0

5-1

7

H

2

İtaliya

3

2

1

0

7-4

7

G

3

Portuqaliya

3

2

0

1

10-3

6

B

4

Serbiya

3

1

2

0

6-5

5

D

5

Ukrayna

3

1

2

0

4-3

5

İ

6

Sloveniya

3

1

2

0

3-2

5

F

7

Hollandiya

3

1

1

1

5-3

4

A

8

Şimali İrlandiya

3

1

1

1

4-2

4

C

9

Monteneqro

3

1

1

1

4-4

4

E

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR