Rusiya-Ermənistan əməkdaşlığına Azərbaycandan SƏRT REAKSİYA

Rusiya-Ermənistan əməkdaşlığına Azərbaycandan SƏRT REAKSİYA
12:17 14 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması Dağlıq Qarabağ münaqişəsinin uzanmasına xidmət edən bir addımdır.

Milli.Az bildirir ki, bunu qafqazinfo-ya açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, Ermənistan isə Azərbaycan torpaqlarını işğal etmiş ölkədir: "Belə olan halda belə bir qoşun növünün yaradılması münaqişənin uzanmasına xidmət edəcək. Problemin həllinə maneə yaradacaq.

Həmçinin regionda gərginlik yaradan amilə çevriləcək. Digər tərəfdən isə, Ermənistan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan bu təşkilata üzv deyil. Çünki Azərbaycan işğalçı dövlət ilə eyni qoşun növlərinin yaradılmasında, təhlükəsizlik sistemində iştirak edə bilməz. Buna görə də Azərbaycan Vahid Gömrük Sisteminə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR