Moldovanın Bakıdakı səfirliyi prezident seçkiləri ilə əlaqədar keçirilmiş səsvermənin nəticələrini açıqlayıb

Moldovanın Bakıdakı səfirliyi prezident seçkiləri ilə əlaqədar keçirilmiş səsvermənin nəticələrini açıqlayıb
12:27 14 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Moldovanın Bakıdakı səfirliyi ölkədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar səfirlikdə açılmış seçki məntəqəsində qeydə alınan səsvermə nəticələrini açıqlayıb.
Moldova səfirliyindən "Report"a verilən məlumata görə, ümumilikdə məntəqəyə 51 nəfər gəlib və bu göstərici seçkilərin ilk turunda qeydə alınmış rəqəmlə müqayisədə təxminən iki dəfə çoxdur.
Məluamata görə, Azərbaycanda yaşayan moldovalılardan savayı, məntəqəyə Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanda yaşayan Moldova vətəndaşları gəlib.
Səfirlikdən bildiriblər ki, sakit şəraitdə keçən Bakıdakı seçkilərdə Avropameyilli "Fəaliyyət və Həmrəylik" partiyasının namizədi Maya Sandu az fərqlə qalib gəlib.
Qeyd edək ki, Moldovadakı prezident seçkilərində Sosialistlər Partiyasının nümayəndəsi İqor Dodon qələbə qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/moldovanin-bakidaki-sefirliyi-prezident-seckileri-ile-elaqedar-kecirilmis-sesvermenin-neticelerini-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR