Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub

Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub
12:32 14 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı kişi münaqişə zəmnində bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə metronun "Xalqlar dostluğu" stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb.
Belə ki, 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü Fərman Mustafayev 12 bıçaq zərbəsi vurub.
Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR