"Tramp Türkiyəyə gəldi, namaz qıldı" - FETÖ-nün yuxusu

"Tramp Türkiyəyə gəldi, namaz qıldı" - FETÖ-nün yuxusu
12:52 14 Noyabr 2016
275 Dünya
Ölkə mətbuatı
A- A+

FETÖ üzvlərinin saxlanıldığı həbsxanada onların bir-birlərinə yazdığı məktublar polisin əlinə keçib.

Əldə edilən məktublarda məhkumların bir-birlərinə yuxularını danışmaqla özlərinə təsəlli vermələri aşkar şəkildə görünür.

Milli.Az Anadolu agentliyinə istinadla xəbər verir ki, təşkilatın həbsxanadakı üzvünün dostuna yuxusunu danışdığı məktubda yazılıb:

"Dünən gecə qəribə yuxu gördüm. Gördüm ki, Tramp Amerikanın prezidenti seçilir. Sonra o, Türkiyəyə rəsmi səfərə gəlir. Tramp məscid ziyarəti edir. Mən yoldaşıma "İslamofobiya barəsində pis imicini düzəltmək üçün belə edir" deyirəm.

O, eybəcər görünür, iri bədənlidir, amma saçları qaradır. Mən dostuma "Televizorda görəndə saçları sarı idi, rənglədib" deyirəm.

Sonra Tramp namaz qılır. Lakin diqqətimi çəkən bir an olur. O, namaz qılarkən rükü və səcdəyə əyilmir. Deyəsən, cənazə namazı qılır.

Səhər oyandım. Televizora baxanda dedilər ki, Tramp Amerikanın 45-ci prezidenti seçilib".

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR