x
Loading...

"Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi bir dəyəridir!"

"Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi bir dəyəridir!"
13:05 14 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi bir dəyəridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmaylov "Tolerantlıq örnəyi Azərbaycan gənclərinin gözü ilə" mövzusunda konfransda deyib.

G.İsmaylov bildirib ki, Azərbaycanın keçmişi kimi gələcəyi də tolerant dəyərlər üzərində qurulacaq.

O qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclər arasında tolerantlığı təşviq etmək, Azərbaycan xalqının bu mənəvi irsini gənc nəslə ötürməkdən ibarətdir.

Qeyd edək ki, bu gün Bakıda "Multikulturalizm ili" elan olunması və bununla bağlı Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Tolerantlıq örnəyi Azərbaycan gənclərinin gözü ilə" mövzusunda konfrans keçirilib.

Konfrans çərçivəsində eyni adlı sərgi də keçirilib. Sərgidə 6 və 16 yaş arasındakı Azərbaycan rəssamlarının tolerantlıqla bağlı tabloları nümayiş etdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR