Zəvvarlar Astara sərhəd buraxılış məntəqəsində yaranan sıxlığa etiraz edir

Zəvvarlar Astara sərhəd buraxılış məntəqəsində yaranan sıxlığa etiraz edir
13:07 14 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Zəvvarların "Ərbəin" ziyarətinə getməsi Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsində (SNBM) tıxacların yaranmasına səbəb olub. 
"Report"un məlumatına görə, axşam saatlarından buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olurlar. Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən məntəqənin giriş qapısında sıxlıq yaranıb. 
"Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əzilirlər", - zəvvarlardan biri əlavə edib.
Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-ə dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR