Türkiyədə dollar sürətlə bahalaşır

Türkiyədə dollar sürətlə bahalaşır
13:07 14 Noyabr 2016
151 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır. 
"Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: "Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında böyük həcmdə olan kəsirlə bağlıdır". 
"Report"un analitikləri qlobal iqtisadiyyatın zəifləməsi və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyası, həmçinin ABŞ-da uçot dərəcəsinin artması ilə dünya kapitalının bu ölkəyə axması fonunda türk lirəsi aktivlərindən sürətlə çıxış yaşanacağını, nəticədə, lirənin ucuzlaşacağını proqnozlaşdırır: "Daha əvvəl Türkiyədə dolların məzənnəsinin ilin sonuna qədər 3,30 TRY/USD-yə çatacağını ehtimal edirdiksə, hazırda bu proqnozu 3,40 TRY/USD-yə kimi artıra bilərik. 2017-ci ilin ilk yarısında isə məzənnənin 3,80 TRY/USD səviyyəsinə qədər artması mümkündür". 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/turkiyede-dollar-suretle-bahalasir11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR