Azərbaycanda yaşayan Bolqarıstan vətəndaşlarının əksəriyyəti prezident seçkilərində müstəqil namizədə səs verib

Azərbaycanda yaşayan Bolqarıstan vətəndaşlarının əksəriyyəti prezident seçkilərində müstəqil namizədə səs verib
13:17 14 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bolqarıstanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində bu ölkənin təxminən 30 vətəndaşı prezident seçkilərinin ikinci mərhələsinini səsverməsinə qatılaraq səs verib.
Bolqarıstan səfirliyindən "Report"a verilən məlumata görə, Bolqarıstan vətəndaşlarının əksəriyyəti müstəqil namizəd Rumen Radevə səs verib.
Səfirlikdən bildiriblər ki, seçkilər ümumilikdə sakit ab-havada keçirilib.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş prezident seçkilərində elə Rumen Radev qələbə qazanıb. Rusiya ilə yaxınlığa meyil edən R.Radev seçici səslərinin 59,35%-ni toplayıb. Onun hakim QERB partiyasından olan rəqibi Tsetska Tsaçev 36,17% səs toplayıb. Digər 4,5% seçici isə hər iki namizədin əleyhinə səs verib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanda-yasayan-bolqaristan-vetendaslarinin-ekseriyyeti-prezident-seckilerinde-musteqil-namized

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR