Sabahın HAVAsı

Sabahın HAVAsı
13:17 14 Noyabr 2016
303 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 15-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR