Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir

Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir
13:22 14 Noyabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.
 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 11,9 mlrd. manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i və ya 4,25 mlrd. manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,58 mlrd. manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,36 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 335 mln. manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 191 mln. manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i  və ya 4, 28 mlrd. manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR