Rusiya və İran 10 milyard dollar dəyərində silah və texnika təchizatını müzakirə edir

Rusiya və İran 10 milyard dollar dəyərində silah və texnika təchizatını müzakirə edir
13:27 14 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ İran Rusiya silah və texnikasının, o cümlədən T-90 tanklarının, artilleriya sistemlərinin, təyyarə və helikopterlərin təchizatında maraqlıdır.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov bildirib.
"Belə danışıqlar aparılır, portfel təxminən 10 milyard dollar təşkil edir", - deyə Federasiya Şurasının tərkibində İranda səfərdə olan senator vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR