Məşhurlar "Taksim kebap"ı seçdilər - fotolar

Məşhurlar "Taksim kebap"ı seçdilər -  fotolar
13:36 14 Noyabr 2016
449 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda türk mətbəxinin sevilən yeməklərini dada biləcəyiniz yeni məkan– “Taksim Kebap” restoranı fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, ötən gün baş tutan açılış mərasiminə sənət aləminin tanınmış simaları qatılıb.

Dadlı və maraqlı dizaynla təamların təqdim edildiyi gecənin təşkilatçısı prodüser Tarix Əliyev (Tolik) olub. Mərasimin aparıcılığı Samir Bayramlıya həvalə edilib.

Tədbirdə qonaqlar arasında xalq artisti Aygün Kazımova da yer alıb. Müğənni aşpazların xüsusi onun üçün hazırladığı çörəyin və yeməklərin dadına baxıb.

Restoranın ümumi meneceri Zafer Yalçın açıqlama verərək, qiymətlərdən danışıb. O bildirib ki, restoranda qiymətlər münasibdir:

“Restoranımız 150 nəfərlikdir, iki kabineti var. Məkan səhər saat 9:00-da açılır, gecə 3-4-ə kimi fəaliyyət göstərir. Milli türk yeməklərini müştərilərimizə təqdim edəcəyik. Eyni zamanda bizim fərqimiz odur ki, qiymətlər ucuzdur. Başqa şirkətlər xidmət və keyfiyyətə önəm verir.

Bizdə isə xidmət, keyfiyyət və münasib qiymət əsasdır. Bu, Bakıda ilk şöbəmizdir. İnanırıq ki, yeni şöbələrimizi də açacağıq . Məkanda sizə kabapla yanaşı, ən müxtəlif ət yeməkləri, salatlar, dönər, lahmacun, şirniyatlar və təbii ki, türk qəhvəsi təqdim ediləcək".

Ünvan: Bakı. Süleyman Sani Axundov küç., 249E, 249F (Mərkəzi Seçki Komissiyasının yaxınlığı)

Telefon: +994 051 7105858. +994 012 562 61 61

İnstaqram: @taksim_kabap_baku






























Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR