42 ilə 1 milyard dollarlıq gəlir

42 ilə 1 milyard dollarlıq gəlir
13:37 14 Noyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin və "Real"ın superulduzu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu dəfə sponsorluq anlaşmasına qol çəkib.

Belə ki, Ronaldo "Nike" firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu "Nike"nin geyimlərindən istifadə edəcək və ilinə 24 milyon dollar qazanacaq. Bu isə o deməkdi ki, Ronaldo 73 yaşına qədər "Nike"ın geyimlərindən istifadə etsə, 1 milyard dollar qazanacaq.
 
O, "Nike" ilə ömürlük müqavilə imzalayan 3-cü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji saziş bağlayıblar.
 
Qeyd edək ki, Ronaldo bu yaxınlarda klubu "Real"la müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Razılığa görə, onun illik məvacibi 24 milyon avro təşkil edəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR