“Azərikimya”da “Xəmsə” bilik yarışı keçirilib

“Azərikimya”da “Xəmsə” bilik yarışı keçirilib
14:17 14 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azərikimya” İB-nin də təmsil olunduğu yarışda 20 komanda iştirak edib. Münsiflər heyəti və ekspertlərin nəzarəti altında keçirilən yarış üç seçim və bir final mərhələsindən ibarət olmaqla 4 saata qədər davam edib. Yarışda “Azərikimya” İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. 
Karbamid Zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb. Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb. 
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında seçilmiş komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb. Qalib komandalara “Azərikimya”nın Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub.














Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerikimya-da-xemse-bilik-yarisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR