Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq

Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq
14:17 14 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.

Alınacaq gəmilər "ER Stavanger" və "ER Aalesund" neft platformaları üçün təchizat gəmiləri olacaq.

Şirkətdən verilən məlumata görə, ayrı-ayrılıqda 10,5 milyon dollar qiyməti olan gəmilər əsaslı təmir olunduqdan sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çatıdırılacaq. Bu gəmilər Xəzər dənizindən kənarda da neft platformalarının təchizat işinə cəlb olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR