Moskvanın kuklalar şousu Heydər Əliyev Sarayında - FOTO

Moskvanın kuklalar şousu Heydər Əliyev Sarayında - FOTO
14:22 14 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən əsas ailəvi bayram! Bütün yaşda olan uşaqlar üçün! Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12 və 13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi "Köpək patrulu"nun motivləri əsasında çox gözəl tamaşa təqdim etdi.

"Köpək patrulu" altı cəsur köpək balası və onlara başçılıq edən bir oğlandan ibarət komandadır. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət naminə öz xidmətlərini layiqli aparırlar. Məzəli köpək balalarının yeni macəraları və şou tamaşaçıları parlaq və həyəcanlı tamaşa ilə sevindirdi. Bu heyrətamiz əhvalat gənc tamaşaçılara xeyirxah, mərd, qayğıkeş olmağın, eləcə də özgə bəlaya biganə qalmamağın vacibliyi barədə bəhs etdi! Uşaqlar sevimli qəhrəmanları ilə görüşdü, interaktiv oyunlarda iştirak etdi və köpək balalarına bütün maneələrin öhdəsindən gəlməyə kömək etdilər.

İnformasiya dəstəyi Trend.Az, Day.Az və Milli.Az



























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR