Maykl Onil: "...Azərbaycanla oyundan geri qalmır"

Maykl Onil: "...Azərbaycanla oyundan geri qalmır"
14:27 14 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya Avropanın top-komandalarından biridir. Bu, bizim üçün böyük oyun olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini böyük hesabla məğlub edən britaniyalılar sabah Xorvatiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
 
Oyun öncəsi yerli mətbuata danışan Onil xorvatların ünvanına tərif yağdırıb: "Çoxdandı öz meydanımızda belə dünya səviyyəli komanda ilə qarşılaşmırıq. Xorvatiya ilə öz azarkeşlərimiz önündə oynamaq sadəcə, möhtəşəmdi. Bir neçə gün əvvəl seçmə mərhələ matçında Azərbaycanla qarşılaşmışdıq. Budəfəki yoldaşlıq görüşü olsa da, önəminə görə, 3 gün əvvəlkindən heç də geri qalmır. Bizə yalnız klublarında da sıx qrafikdə çıxış edən futbolçuların 4 gün ərzində ikinci oyuna çıxmaları problem yarada bilər".
 
Qeyd edək ki, Şimali İrlandiya - Xorvatiya qarşılaşması sabah Belfast şəhərində yerləşən "Vindzor Park" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR