"Qala Həyat Sığorta"nın rəhbərliyində dəyişiklik olub

"Qala Həyat Sığorta"nın rəhbərliyində dəyişiklik olub
14:27 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb. Bu barədə "Report"a şirkətdən bildirilib.
Məlumata görə, hazırda "Qala Həyat Sığorta"ya müvəqqəti olaraq şirkətin İH-nin üzvü (həm də Satış departamentinin direktoru) Azər Əlizadə rəhbərlik edir.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin səhmlərinin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qala-heyat-sigorta-nin-rehberliyinde-deyisiklik-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR