"Mənim üçün nümunə Paolo Maldinidir"

"Mənim üçün nümunə Paolo Maldinidir"
14:52 14 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

PSJ və Braziliya millisinin müdafiəçisi Tyaqo Silva 2018-ci il Dünya çempionatında iştirak etmək arzusundadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu yaşına baxmayaraq, özünü formada hiss etdiyini deyir.

"Çoxları düşünür ki, 32 yaşin varsa, artıq qocalmısan. Amma mən karyeramın pik nöqtəsindəyəm. 2018 mundialına hələ var, Braziliya ora vəsiqəni təmin etməyib. Bununla belə Rusiyadakı turnirə getmək istərdim. PSJ-də stabil oynasam, dünya çempionatında iştirak etmək şansı qazanacam. 40 yaşıma kimi futbol oynamaq fikrindəyəm. Mənim üçün nümunə "Milan"ın eks müdafiəçisi Paolo Maldinidir. Karyerasının son illərində onunla birgə oynamaq imkanım oldu. Onun yolu ilə getmək istəyirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR