Sevdiyi qızı öldürdürənə AĞIR CƏZA

Sevdiyi qızı öldürdürənə AĞIR CƏZA
14:57 14 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqdirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Ağayev 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-ci il yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirməklə qətlə yetirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

C.Ağayev qızı onu sevmədiyi üçün qətlə yetirdiyini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR