x
Loading...

Azərbaycan - Almaniya matçı Respublika stadionunda

Azərbaycan - Almaniya matçı Respublika stadionunda
15:05 14 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+
.

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan - Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb. Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu 2017-ci il martın 26-da Bakıda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR