Nobel prospektində uzun müddət bağlanan yol açılıb

Nobel prospektində uzun müddət bağlanan yol açılıb
15:22 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Nobel prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, Bakının Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin bu kəsişməsi martın 30-da bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilmişdir.
Piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Artıq ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.
Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir. Bundan başqa, 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.








Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/nobel-prospektinde-uzun-muddet-baglanan-yol-acilib-foto-vi-deo1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR