Namiq Əliyev bank menecerlərinə dərs keçdi - FOTO

Namiq Əliyev bank menecerlərinə dərs keçdi - FOTO
15:27 14 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bankların PR menecerləri üçün "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda təlim keçirilib.

Bakıda "World Business Centre"də "Baku School of Public Relations" şirkətinin və "Azerbaijan Public Relations Association" APRA-nın təşkilatçılığı  ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri  üçün  "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda növbəti təlim keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti"nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılan təlim proqramı kommunikasiya və ictimaiyyətlə əlqələr üzrə mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

İki gün davam edən təlimdə bu sahədə PR mütəxəssislərin fikir mübadiləsi aparılıb, onlara bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib. Təlimin ilk günü Mərkəzi Bankının mətbuat katibi N.Əliyev ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzuları barəsində ətraflı məlumat verib.

Təlimin növbəti günü PR üzrə tanınmış mütəxəssis V.Əlibəyov banklarda böhran kommunikasiyası və onları həlli yolları mövzusunda maraqlı təqdimat etdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Yusif Nəsirli
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR