İŞİD Avropaya “klassik qaçqınlar” göndərir – ŞOK SSENARİ

İŞİD Avropaya “klassik qaçqınlar” göndərir – ŞOK SSENARİ
15:33 14 Noyabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Qaçqın adı altında maskalanan İŞİD terror təşkilatının yeni döyüşçülərinin Avropaya keçmə təhlükəsi yüksək olaraq qalır.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” nəşri kəşfiyyatdakı mənbələrə istinadən yazıb.

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) əmindir ki, İŞİD öz döyüşçülərini Avropada sığınacaq almağa hazırlayır. BND oktyabrın sonunda sübutlar əldə edib ki, İŞİD öz döyüşçülərinə məqsədyönlü şəkildə “klassik qaçqın” olmaq yollarını, həmçinin polislə söhbət zamanı özünü necə aparmağı və sığınacaqlara müraciət etməyi öyrədir.

BND bildirir ki, ötən ilin noyabrında Parisdə terror aktlarını təşkil etmiş doqquz terrorçu Avropaya məhz qaçqın kimi gəliblər. İlkin məlumatlara görə, terror aktlarının təşkilatçılarından biri Avropanı tərk etməyi bacarıb və hazırda Suriya ərazisindədir.

Məlumata görə, İŞİD-də “Fransa qrupu” və “İraq qrupu”ndan (“Bataklan” konsert salonuna və “Stad de Frans” stadionuna hücum ediblər) başqa, həmçinin “Metro qrupu” və “Aeroport qrup” mövcud idi. Bu qruplar Paris metrosu və Amsterdam aeroportunda terror aktları təşkil etməli idilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR