İki legioner, bir yerli: Nazarovu necə "vurdu"lar?

İki legioner, bir yerli: Nazarovu necə "vurdu"lar?
15:42 14 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi başa çatan 2016-cı ildə keçirdiyi 8 matçda 34 futbolçunun xidmətindən yararlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamız bütün görüşləri baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında keçirib ki, 4 yoxlama və 4 seçmə oyununda güvəndiyi 34 futbolçudan yalnız üçü bütün qarşılaşmalarda iştirak edib.

Bunlardan ikisi legioner, biri yerlidi. Məhəmməd Mirzəbəyov, Dmitri Nazarov, həmçinin Ağabala Ramazanov bütün matçlarda meydanda olub. 2016-cı ildə millidə ən çox oynayan isə dəqiqə hesabı ilə müəyyənləşib. Bu "üçlük"dən heç biri  8 görüşün hamısında 90 dəqiqə oynamayıb.
 
İlin rekordçusu isə Şimali İrlandiya ilə DÇ-2018-in noyabrın 11-də keçirilən seçmə oyununda müəyyənləşib. 0:4 hesablı məğlubiyyətədək hamını arxada qoyan Nazarov liderliyi Belfastda əldən verib. Onu ehtiyatda saxlayıb, son 20 dəqiqədə şans verən Prosineçki Qazaxıstanda doğulan legioneri 1-ci yerdən məhrum edib. Bundan isə rusiyalı Mirzəbəyov yararlanıb. O, 34 dəqiqəlik fərqi aradan qaldırıb.
 
Əvvəlki illərdə AFFA-nın millidə ən çox oynayanı mükafatlandırdığını, son vaxtlar isə ənənənin qırıldığını nəzərə alsaq, "Qəbələ"nin müdafiəçisi mükafatın virtual sahibi olub. Ramazanov isə yalnız 3-cü yerlə kifayətlənib. O, azərbaycanlılar arasında rekordçu kimi qalıb.
 
Ümumilikdə isə 11 futbolçu matçların yarısından çoxunda - ən azı 5-də forma geyinib. Qara Qarayev, Maksim Medvedev və Ruslan Qurbanov cəmi 1 matçı buraxıblar.
 
Komandanın kapitanı Rəşad Sadıqov cəmi 4 matç keçirib. Bu üzdən il ərzində 4 futbolçu oyuna sarğı ilə başlayıb. Rahid Əmirquliyev 2, Ruslan Abışovla Maksim Medvedev hərəyə 1 dəfə buna nail olublar.
 
Komandamızın qollarına gəlincə, 4 oyunçu hərəyə 1 dəfə fərqlənib. Bu isə o deməkdi ki, yığmada bombardir olmayıb. Qollardan yalnız birini hücumçu - Ruslan Qurbanov vurub. Digər 3 qol isə müdafiəçi Maksim Medvedev, yarımmüdafiəçilər Dmitri Nazarovla Əfran İsmayılov vurublar. Sonuncu iki futbolçu bunu penaltidən rəsmiləşdirib. İl ərzində cəmi 2 qol oyundan vurulub.
 
11 futbolçu matçların yarıdan çoxunda oynayıbsa, eyni sayda oyunçu yalnız 1 dəfə meydanda olub. Bu təsadüfilər arasında yığmadakı oyun sayı ilə öyünə biləcək futbolçu yoxdu.
 
Prosineçkinin "34-lüy"ündə legionerlərin çoxluğu təşkil edir. Söhbət vətəndaşlığını dəyişənlərdən gedir. Təsəvvür edin ki, xorvatiyalı bir əcnəbi komandasına güvənib. Yəni başqa ölkələrdən gələn 11 legioner millidə forma geyinib. Onlar arasında milliyətcə azərbaycanlı olanlar da var. Lakin onlar başqa ölkə vətəndaşları olduğu və sonradan pasportunu dəyişdiyindən legioner sayılırlar.
 
Komandamızda daha çox - 6 sabiq rusiyalı oynayıb. Bunlar şimal qonşumuzu Azərbaycana dəyişənlər Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Arif Daşdəmirov, Bədavi Hüseynov, Ramil Şeydayev və Emin Mahmudovdu. Sonuncu iki oyunçu azərbaycanlı olsa da, Rusiya yığmasında çıxış edib, sonradan vətəndaşlığı dəyişməyə razılaşıblar. Almaniya türkləri Ufuk Budakla Dəniz Yılmaz nə Bundestim, nə də "ay-ulduzlular"a lazım olmadığından millimizə gəlib. Onlardan başqa yığmamızda Ukrayna, Qazaxıstan və İspaniya futbolunun yetirmələri də çıxış edib.
 
İl ərzində intizamı ilə seçilən millimiz cəmi 9 sarı vərəqə alıb. Nazarov hamıdan çox - 3 dəfə cəzalanıb.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Məhəmməd Mirzəbəyov

8

645

0

0

0

Dmitri Nazarov

8

609

1

3

0

Ağabala Ramazanov

8

482

0

0

0

Qara Qarayev

7

612

0

1

0

Maksim Medvedev

7

585

1

0

0

Ruslan Qurbanov

7

536

1

1

0

Kamran Ağayev

6

540

-6

0

0

Arif Daşdəmirov

5

450

0

0

0

Əfran İsmayılov

5

376

1

0

0

Bədavi Hüseynov

5

361

0

0

0

Namiq Ələsgərov

5

201

0

0

0

Rahid Əmirquliyev

4

360

0

0

0

Rəşad Sadıqov

4

315

0

0

0

Araz Abdullayev

4

152

0

0

0

Ramil Şeydayev

4

145

0

1

0

Tərlan Quliyev

3

180

0

0

0

Eddi İsrafilov

3

145

0

0

0

Ruslan Abışov

3

109

0

0

0

Pavel Paşayev

2

120

0

0

0

Elvin Məmmədov

2

111

0

1

0

Emin Mahmudov

2

82

0

1

0

Coşqun Diniyev

2

56

0

0

0

Rəhman Hacıyev

2

46

0

0

0

Anar Nəzirov

1

90

0

0

0

Səlahət Ağayev

1

90

-3

0

0

Adil Nağıyev

1

90

0

1

0

Budaq Nəsirov

1

90

0

0

0

Ufuk Budak

1

90

0

0

0

Dəniz Yılmaz

1

45

0

0

0

Murad Səttarlı

1

45

0

0

0

Amil Yunanov

1

45

0

0

0

Vüqar Mustafayev

1

45

0

0

0

Cavid Tağıyev

1

45

0

0

0

Rəşad Eyyubov

1

27

0

0

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR