TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib

TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib
15:57 14 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Trend-ə deyib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, cənub bölgəsində - Lənkəran, Yardımlı, Lerik rayonlarındakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Burada eyni zamanda, yeni, lokal xarakterli sürüşmə və oturmalara (sürüşmə prosesinin ilkin əlaməti) da rast gəlinir.

S.Əmiraslanovun sözlərinə görə, əsasən Lənkəran çayının sağ və sol sahilində yerləşən kəndlərdə lokal tipli sürüşmələr müşahidə olunur.

Nazirlik rəsmisi əlavə edib ki, atmosfer yağıntılarının normadan artıq düşməsi nəticəsində Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bundan başqa, Şamaxı rayonun Mədrəsə kəndində yeni sürüşmə sahəsi əmələ gəlib, kənd ərazisindəki yol sıradan çıxıb: "Eyni zamanda Cabanı kəndi ərazisində buna bənzər proses müşahidə edilib. Çuxuryurd gölünün səviyyəsinin artması ilə əlaqədar kəndə gedən yolda sürüşmə qeydə alınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR