Arda Turanın yeni sevgilisi bu qız oldu - İDDİA

Arda Turanın yeni sevgilisi bu qız oldu -    İDDİA
16:07 14 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçu Arda Turanın yeni sevgi münasibətinə başladığı xəbəri yayılıb.


Türkiyə yığma komandası Kosovanı 2:0 məğlub etdikdən sonra İstanbuldakı klublardan birində partidə iştirak ediblər. Gecəyə komanda yoldaşı Burak Yılmazla qatılan Arda orada model Didem Soydanla yaxınlaşıb.


Arda ilə Didemi dostları tanış etdikdən sonra ikili səhərə qədər əylənib, rəqs edib. Onların səmimi münasibəti hər kəsin marağına səbəb olub. 


Qeyd edək ki, Arda Aslıhan Doğanla sevgilidir və bu yay cütlüyün evlənəcəyi gözlənilirdi. Lakin futbolçu karyerasını daha üstün tutaraq toy istəmədiyini deyib, Aslıhandan İnstaqramda paylaşdığı birgə fotoları silməsini xahiş edib. Bunun ardındaa sevgililərin ayrıldığı deyilsə də, Arda hər şeyin qaydasında olduğunu bildirmişdi.


D.Soydan isə 2 illik sevgilisi müğənni Can Bonomo ilə bu yay evliliyə hazırlaşsa da, cütlük ayrılmışdı.(Axşam.az)



Fanat.Az









Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turann-yeni-sevgilisi-bu-qz-oldu-t54145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR