Elçin meyxanaçıları tənqid etdi: "Küçə ab-havası..."

Elçin meyxanaçıları tənqid etdi:  "Küçə ab-havası..."
16:31 14 Noyabr 2016
102 Şou
Ölkə mətbuatı
A- A+

“İndi müğənnilər deyir, elə mahnı oxuyum ki, toyda qonaqlar oynasın. Sənətçilərimiz var ki, bir vaxtlar kimlərinsə yanında toyda oxuyan olublar. Mən sənətə toy sahəsindən gəlməmişəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Sənətçi 6/8 ritmində mahnı oxuyan ifaçıları qınayıb:

“Bütün müğənnilərimiz 6/8 ritmində və popuri oxuyur ki, toya dəvət olunsunlar. Hamı toya oynamaq üçün gəlmir ki... Hər mahnıya oynamaq olmaz. İndi müğənnilərin canında “birdən oynamazlar” qorxusu var. Xarici müğənnilər bizim toylara gələndə, belə şey düşünmürlər. Gəlib öz mahnılarını oxuyurlar, coşqu yaradırlar. Onlar sənət nümayiş etdirirlər”.

E.Cəfərov meyxanaçıların mahnı oxumasını da pisləyib:

“Onlar zövqləri korladılar. Səhnədə küçə ab-havası səslənir. Səhnədə belə şeylər olmamalıdır. Belə ifaçıların videoları daha çox izlənir. İş görənlər isə kanarda qalır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR